Elektromaqnit impuls

Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır.

İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir.

Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar. Nəticədə bu mühit elektrik keçirici olur. Elektrik sahəsinin təsiri altında, yaranmış cəld elektronların, zəif elektronlara qarşı hərəkətə başlamasından elektronlarda cərəyan keçiriciliyi yaranır.

Elektromaqnit impulsu radioelektron cihazlara və elektrotexniki avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, elektrik təchizatına və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla işləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək gərginliyi ilə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir.


Developed by StudentB